AZ

TƏCİLİ! Tramp Xameneini hədələdi – Bu, SON OLA BİLƏR!

ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xamenei barədə sərt açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, jurnalistin “İslam Respublikasının lideri narahat olmalıdırmı?” sualına cavab verən Tramp bildirib ki, Tehran yeni nüvə obyekti tikmək niyyətindədir və bu, ciddi nəticələrə səbəb ola bilər.

Onun sözlərinə görə, İran bu istiqamətdə fəaliyyətini davam etdirərsə, ABŞ daha sərt tədbirlər görəcək:

“O, həqiqətən narahat olmalıdır. İranın yeni nüvə obyekti tikmək istədiyini öyrəndim. Onlara açıq şəkildə dedim ki, əgər bunu davam etdirsəniz, sizə əvvəlkindən daha pis davranacağam.”

Trampın bu açıqlaması Vaşinqtonla Tehran arasında onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşdiyini göstərir. Ekspertlərin fikrincə, ABŞ-ın mümkün sərt addımları regionda təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Qeyd olunur ki, İranın nüvə proqramı uzun illərdir beynəlxalq müzakirələrin əsas mövzularından biridir və bu məsələ ABŞ–İran münasibətlərində əsas gərginlik mənbəyi olaraq qalır.

Analitiklər hesab edirlər ki, Trampın bu bəyanatı həm Tehrana siyasi mesaj, həm də ABŞ-ın sərt xətt siyasətinin davamı kimi qiymətləndirilə bilər.

Sara

Seçilən
24
nocomment.az

1Mənbələr