AZ

Polat ın qardaşı yenə mafiya serialı çəkib İlk bölümü ilə reytinqləri partlatdı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ekranların yeni iddialı layihəsi "Yeraltı"nın ilk seriyas maraq doğurub.Demokrat.az xəbər verir ki, "Medyapım"ın istehsalı olan serialın ilk bölümü yanvarın 28-də yayımlanaraq izləyicini kriminal dünyanın qaranlıq dəhlizlərinə çəkməyi bacarıb. Raci Şaşmaz və Berna Aruzun qələmə aldığı hekayə klassik intiqam mövzusuna fərqli rakursdan baxır.Hekayənin mərkəzində dayanan Haydar Ali (Deniz Can Aktaş) üçün hər şey ailəsinin qatilini cəzalandırmaqla başlayır. Lakin bu intiqam onu Türkiyənin ən təhlükəli yeraltı kartellərinin içinə, həbsxanaya sürükləyir. Üç illik məhbus həyatı Haydar Alini daha sərt birinə çevirsə də, azadlığa çıxdığı gün qarşılaşdığı mənzərə bütün planlarını alt-üst edir. Onun heç vaxt unuda bilmədiyi qadın indi çiyin-çiyinə addımladığı adamın arvadıdır.Murat Öztürkün rejissorluğu ilə çəkilən serialda Deniz Can Aktaş, Devrim Özkan və Uraz Kaygılaroğlu arasındakı gərginlik ilk dəqiqələrdən hiss olunur.İsmayıl

Demokrat.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr