AZ

İran PUA-ları ABŞ tankerini ələ keçirməyə çalışdı

ABŞ Mərkəzi Komandanlığının Fox News-a verdiyi məlumata görə, 3 fevralda İran qayıqları Hörmüz boğazında ABŞ-a məxsus “Stena Imperative” tankerini saxlamağa cəhd edib.

İki qayıq və bir İran “Mohajer” pilotsuz təyyarəsi gəmiyə yüksək sürətlə yaxınlaşdığı və “tankerə qalxıb onu ələ keçirməklə hədələdiyi” bildirilir.

Amerika esminesi USS McFaul vəziyyətə reaksiya verərək, “Stena Imperative” gəmisini hava dəstəyi ilə müşayiət edib. İranın “Fars” xəbər agentliyi rəsmilərə istinadən Telegram-da Amerika gəmisinin guya İranın ərazi sularına daxil olduğunu və “tənzimləyici orqanların” lazımi icazələri tələb etdiyini bildirib. İran tərəfi iddia edir ki, gəmi xəbərdarlıqdan dərhal sonra İran sularını tərk edib və “heç bir təhlükəsizlik hadisəsi baş verməyib”. Bu arada, “Vanguard” dəniz risklərinin idarə edilməsi qrupu tankerin İranın ərazi sularına girmədiyini, lakin mühərrikini söndürüb gəmiyə minməyə hazırlaşmalı olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr