AZ

Ukraynalıların əksəriyyəti Vladimir Zelenskiyə etibar edir

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) tərəfindən yanvar ayının sonlarında aparılan sorğuya görə, ukraynalıların əksəriyyəti (61%) Ukrayna Prezidenti Vladimir Zelenskiyə etibar etməyə davam edir.

Responentlərin təxminən 33% – hazırkı dövlət başçısına etibar etmir. Hesabatda qeyd olunur ki, 2026-cı ilin yanvar ayının ortalarında rəqəmlər demək olar ki, eyni olub. 7% sosioloqların sualına cavab verməkdə çətinlik çəkib.
Zelenskiyə etibar edən 61% arasında 25% ona “tamamilə”, qalan 36% isə “daha çox” etibar edir. Ona etibar etməyən 33% arasında 17% “ona heç etibar etmir”, 16% isə “əsasən” etibar etmir.

Sorğu 23-29 yanvar tarixlərində Ukraynanın işğal olunmuş ərazilər istisna olmaqla, bütün bölgələrində mobil telefonlardan istifadə etməklə 1003 nəfər arasında aparılıb. KIIS göstərib ki, nümunəyə ölkə daxilində müvəqqəti olaraq köçkün düşmüş insanlar daxil edilib, 24 fevral 2022-ci ildən sonra ölkəni tərk edən vətəndaşların rəyi soruşulmayıb. İnstitut metodologiyasına görə, prezidentə etimad məsələsində səhv həddi 5,8%-i keçmir.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr