AZ

Putinlə Cinpin İran, ABŞ, Venesuela və Kubanı müzakirə ediblər

Putinlə Cinpin İran, ABŞ, Venesuela və Kubanı müzakirə ediblər

Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putini ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət edib və Rusiya dövlət başçısı bu dəvəti qəbul edib.

AFN.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb.

Uşakovun sözlərinə görə, Putin noyabr ayında Çində keçiriləcək APEC sammitində iştirak etməyə də hazır olduğunu bildirib. İki lider arasında baş tutan və 1 saat 25 dəqiqə davam edən video-konfrans formatlı danışıqlar olduqca məzmunlu keçib. Görüş zamanı İran, Venesuela və Kuba ətrafındakı gərgin vəziyyət əsas müzakirə mövzuları olub.

Danışıqlar zamanı tərəflərin ABŞ ilə münasibətlərə dair yanaşmalarının böyük ölçüdə üst-üstə düşdüyü vurğulanıb. Uşakov qeyd edib ki, iki ölkə arasındakı tərəfdaşlıq "misilsiz səviyyədədir" və bu əməkdaşlıq heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Rusiya və Çin liderləri hazırkı münasibətləri "kürək-kürəyə" fəaliyyət kimi xarakterizə edərək, bir-birlərinə tam güvəndiklərini bildiriblər.

Eyni zamanda, Vladimir Putin Rusiyanın "vahid Çin" prinsipini dəstəklədiyini bir daha təsdiqləyib. Hər iki lider dünyanın bir sıra regionlarında vəziyyətin "partlayış təhlükəli" olduğu barədə həmfikir olduqlarını və beynəlxalq məsələlərdə mövqelərinin tamamilə üst-üstə düşdüyünü qeyd ediblər.

Seçilən
45
afn.az

1Mənbələr