Türkiyə Kubokunun qrup mərhələsinin növbəti turunda “Qalatasaray” doğma meydanda “İstanbulspor”u qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, matçın ikinci hissəsində qorxu dolu anlar yaşanıb. Belə ki, “Qalatasaray”ın futbolçusu Ahmet Kutucu ilə rəqibin qapıçısı İsa Doğan baş-başa toqquşub.
Nəticədə, Kutucu huşunu itirib, qolkiperin isə almacıq sümüyü qırılıb. Futbolçulara dərhal tibbi yardım göstərilib.