AZ

"Haber Qlobal": "BƏƏ-dən İlham Əliyevə nüfuzlu mükafat"

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub.

"Haber Global" İlham Əliyevə mükafatın təqdim olunması barədə "BƏƏ-dən Əliyevə nüfuzlu mükafat" adlı xüsusi süjet hazırlayıb.

Videosüjetdə Azərbaycan prezidentinin tədbirdəki nitqindən çıxarışlar səsləndirilib.

Telekanal eyni zamanda İlham Əliyevi "regionda sülh strategiyasının memarı" adlandırıb.

Seçilən
32
far.az

1Mənbələr