AZ

Trampı öldürmək istəyən şəxs ömürlük həbsə göndərildi

ABŞ məhkəməsi Rayan Rutu 2024-cü ildə ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzasına məhkum edib.

Qaziler.az xəbər verir ki, bu barədə USA Today məlumat yayıb.

2024-cü ilin sentyabr ayında Florida ştatının Uest-Palm-Biç şəhərindəki “Trump İnternational Golf Club”da prezidentliyə namizəd Tramp orada olarkən atışma baş verib. Tramp qolf meydançasında olarkən kişi tüfəngi qolf klubuna tuşlayıb. Gizli xidmətin əməkdaşları atəş açandan sonra kişi hadisə yerindən qaçıb.

O, daha sonra saxlanılıb. Amerika mediası şübhəlinin Havaydan olan 58 yaşlı Demokrat və Ukrayna tərəfdarı Rayan Uesli Rut olduğunu bildirib.

QAZİLER.AZ

Seçilən
32
qaziler.az

1Mənbələr