Cənub-Şərqi Asiyada "meyvələrin kralı" kimi tanınan durian, özünəməxsus dadı ilə kəskin qoxusu arasındakı ziddiyyətə görə dünyanın ən mübahisəli meyvəsi hesab edilir. Metbuat.az xəbər verir ki, tropik iqlim qurşağında yerləşən durian yerli əhali tərəfindən müqəddəs hesab olunur. Məlumata görə, meyvə kəskin qoxusuna görə, qadağalara məruz qalıb. Cənub-Şərqi Asiya ölkələrinin əksəriyyətində durian ictimai yerlərdə qadağan edilən tək meyvədir. Bu qadağanı pozanlar cərimələr ilə üzləşirlər. Güclü qoxusuna baxmayaraq, durian dünyanın ən zəngin vitamin və mineral meyvələrindən biri hesab olunur. Yüksək enerji, kalium və lif tərkibinə görə "super qida" kimi təsvir edilən meyvə, yüksək tələbat səbəbindən, xüsusən də Çin bazarında astronomik qiymətlərə satılır.