AZ

Rubio: Ukrayna üzrə həll olunmamış məsələlərin sayı azalır

Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması üzrə həll olunmamış məsələlərin sayı tədricən azalır, lakin gündəlikdə hələlik ən çətin məsələlər qalır.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio keçirdiyi mətbuat konfransında Vaşinqton, Kiyev və Moskvanın Əbu-Dabidəki üçtərəfli danışıqlarını şərh edərkən bildirib.

"Həll olunmamış məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, ən çətin məsələlər hələ də qalır", - o vurğulayıb.

Rubio qeyd edib ki, üç ölkənin nümayəndə heyəti Ukraynada vəziyyətin sabitləşməsi üçün konkret həll yollarının və praktiki addımların axtarışına yönəlmiş məsləhətləşmələri davam etdirir.

"Bu barədə deyə biləcəyim yeganə şey odur ki, - biz (Amerika administrasiyası - red.) bu işə çox vaxt və enerji sərf edirik. İrəliləyişin olub-olmayacağını görmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik", - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Seçilən
12
2
moderator.az

3Mənbələr