“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il Dünya Kubokuna hazırlıq məqsədilə Amerika klubundakı məşq planını dəyişəcək.
90deqiqe.Az-ın "Touchline"yə istinadən məlumata görə, argentinalı futbolçu məşqlərdə daha çox bərpəyə üstünlük verəcək və intensiv məşqləri azaldacaq.
O, həmçinin turnir öncəsi zədələrdən qorunmaq üçün oyun müddətinin azaldılmasını klubdan xahiş edə bilər. Messi ÇM-2026-a sağlam şəkildə qatılmaq niyyətindədir.
Lionel Messi 2023-cü ildə “PSJ”dən sərbəst agent statusunda “İnter Mayami”ya keçib və onun müqaviləsi 31 dekabr 2028-ci ilədək qüvvədədir. MLS-də 88 oyunda çıxış edən futbolçu 77 qol vurub və 44 məhsuldar ötürmə edib.