“Sumqayıt” Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.
İdmanxeber.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında görüş barədə fikirlərini bildirib:
“Artıq bu mərhələdən etibarən kubok matçları iki oyundan ibarətdir. Düşünürəm ki, ilk oyunda hər iki komandanın ifasında bərabər səviyyəli oyuna şahid olduq. Yekunda nəticə də oyun kimi bərabərliklə yekunlaşdı. Bir neçə qol şanslarımız olsa da onlardan yararlana bilmədik”.