AZ

Trampın həyatına qəsddə ittiham olunan Rayan Rut ÖMÜRLÜK HƏBS EDİLDİ

Trampın həyatına qəsd etməkdə ittiham olunan Rayan Rut ömürlük həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində təqsirləndirilən Rayan Rut barəsində məhkəmə hökmü oxunub.

Məhkəmənin qərarı ilə o, ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rayan Rut Trampın Florida ştatındakı qolf klubu yaxınlığında silahlı hücum planlaşdırarkən saxlanılmışdı.

Məhkəmə prosesi zamanı onun hərəkətlərində cinayət tərkibi tam sübuta yetirilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
32
1
interpress.az

2Mənbələr