AZ

Uzaqgörən liderliyin və siyasi məsuliyyətin ən yüksək səviyyəsi nümayiş etdirildi

"Qırğız Respublikası 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində aranızda keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanmasını xüsusi məmnuniyyət hissi ilə alqışladı. Bu, sadəcə, siyasi və diplomatik addım deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən həqiqətən də tarixi bir nailiyyətdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, hörmətli İlham Heydər oğlu və hörmətli Nikol Vovayeviç görkəmli dövlət xadimliyinin, uzaqgörən liderliyin və siyasi məsuliyyətin ən yüksək səviyyəsini nümayiş etdirdilər".

Publika.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində deyib.

O bildirib ki, Qırğız Respublikası sülh sazişinin ən qısa zamanda imzalanması istiqamətində Bakı və İrəvanın son vaxtlardakı səylərini tam dəstəkləyir: "Biz iki ölkə arasında qarşılıqlı etimadı gücləndirən və dayanıqlı sülh arxitekturasının yaradılmasına töhfə verən bu prosesin hərtərəfli dəstəklənməsinə hazırıq.

Qırğız Respublikası bu sahədə özünün tarixi təcrübəsinə xüsusi əhəmiyyət verir. Bu mənada onu da qeyd etmək istəyirəm ki, Qarabağda münaqişənin dayandırılması və insanların həyatının xilas edilməsi üçün 1994-cü ildə imzalanmış Bişkek Protokolu diplomatik praqmatizmin və məsuliyyətin vacib nümunəsi oldu.

Seçilən
11
publika.az

1Mənbələr