AZ

İqtisadçıların manatın məzənnəsi ilə bağlı bədbin proqnozlarına Mərkəzi Bankın sədrindən REAKSİYAVİDEO

Yaxın vaxtlarda ölkədə manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi gözlənilmir.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.

Xezerxeber.az-ın xəbərinə görə, sədr deyib ki, bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar. Gəlin reallığa baxaq, bizim proqnozlarımıza fikir verək. Onlar dolayı yolla baxışımızı təmsil edir. Bizim cari əməliyyat balansı ilə bağlı proqnozumuz bu il də, gələn il də müsbətdir deyən sədr banklardakı faiz artımları ilə bağlı da danışıb.

Mərkəzi Bankın sədri inflyasiya proqnozlarını da açıqlayıb. Bildirib ki, 2026-cı ilin fevral proqnozlarına görə, illik inflyasiyanın 5.5% olacağı gözlənilir.

Mərkəzi Bankın sədri "Lombardlar haqqında" qanunun yeni layihəsini hazırlandığından da danışıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
39
xezerxeber.az

1Mənbələr