ABŞ-də Epşteyn işi ilə bağlı bir neçə min faylı ictimaiyyətin istifadəsindən silib.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Post” nəşri məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyi zərərçəkmişlərin şikayətlərindən sonra Ceffri Epşteynin cinayət işi ilə bağlı minlərlə faylı ictimai girişdən silib.
Prokuror Cey Kleyton baş vermiş hadisəni texniki xətalar və ya insan amili ilə əlaqələndirib.
Məlumata görə, hazırda həmin sənədlər üzərində yenidən yoxlama və düzəliş işləri aparılır.
Nazirlikdən bildirilib ki, materiallar yaxın 24-36 saat ərzində redaktə olunmuş variantda yenidən yayımlanacaq.
Xuraman Etibarlı
İnterpress.az