AZ

“Qremmi”yə maraq azalıb

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən həftə keçirilən “Qremmi” musiqi mükafatının 68-ci təqdimetmə mərasimi televiziya ekranları qarşısına 14,4 milyon tamaşaçı toplayıb.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Bu göstərici ötən illə müqayisədə 6 faiz azdır.

2025-ci ildə mərasimin yayımını 15,4 milyon nəfər izləyib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 9 faiz azalma deməkdir. Tamaşaçı sayındakı enişə baxmayaraq, “Qremmi” hələ də “Oskar”dan sonra ən çox izlənilən mükafat mərasimi olaraq qalır. Qeyd edək ki, “Oskar”ı ötən il 19,7 milyon tamaşaçı izləyib.

Qeyd edək ki, bu il “Qremmi”nin əsas qalibi reper Kendrik Lamar olub. O, beş mükafata layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
axsam.az

1Mənbələr