AZ

Kosmosda HƏYAT ALƏMİ: Orbitdə kəpənək YETİŞDİRİLDİ – FOTO

Çinli alimlər kosmosda ilk kəpənəyi yetişdiriblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Çinli alimlər kosmosda uğurla kəpənək yetişdiriblər. Həşərat orbitdə yerləşən modulun göyərtəsində baramadan çıxıb.

Məlumata görə, bu, bəşər tarixində bu növün kosmik məkanda yetişdirilməsi üzrə ilk uğurlu təcrübədir.

Mütəxəssislər vurğulayırlar ki, bu, sadəcə növbəti “kosmik həşərat” layihəsi deyil.

Bu uğur orbitdə mürəkkəb həyat təminatı sistemlərinin uzunmüddətli və səmərəli fəaliyyətinin mümkünlüyünü sübut edən mühüm bir addımdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
47
interpress.az

1Mənbələr