AZ

Bernardo Silva "Barselona"ya keçmək istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Diario SPORT"a istinadən məlumata görə, portuqaliyalı futbolçu yayda sərbəst agent statusunda “Barselona”ya keçmək niyyətindədir.

Bernardo Silva katalon klubunun rəhbərliyinə bildirmişdi ki, müqaviləsi “şəhərlilər”lə bitdikdən sonra “mavi-bordo” komandaya qoşulmaq istəyir. Lakin “Barselona” rəhbərliyi futbolçunun transferinin məqsədəuyğunluğu ilə bağlı hələ tam əmin deyil.

Portuqaliyalı futbolçu 2017-ci ildə “Monako”dan 50 milyon avroya “Mançester Siti”yə keçib. Cari mövsümdə o, bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Seçilən
16
90deqiqe.az

1Mənbələr