AZ

Bakı Texniki Kollecində imtahan qiymətləri tələbələrdən gizlədilir?VİDEO

"Aldıqları qiymət tələbələrə deyilmir, gizlədilir. Yüksək qiymət yazılması üçün pul tələb olunur. Pul verməyənlər qəsdən kəsilir".

Xezerxeber.az xəbər verir ki, iddialar Bakı Texniki Kolleci ilə bağlıdır. Bu barədə sosial şəbəkədə Kollecin ikinci kurs tələbəsi paylaşım edib.

O iddia edir ki, kollecin nəqliyat və logistika şöbəsində qiymət jurnalına müdaxilə edilir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə "şöbəyə gəlin" deyilir.

İddialara aydınlıq gətirmək məqsədilə üz tutduq Bakı Texniki Kollecinə. Əvvəlcə həmin paylaşımı edən birinci kurs tələbəsi Ləman Kişiyeva ilə görüşdük.

Ləman Kişiyeva iddia edir ki, kollecdə daxili qaydalar pozulur.

Kollecin nəqliyyat və logistika şöbəsinin müdiri Elçin Haqverdiyev isə iddialarla razılaşmadığını bildirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
46
xezerxeber.az

1Mənbələr