AZ

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olunub

İcra başçısının köməçisi baş verən qəzanı gizlətdiyi üçün vəzifəsindən azad olunub...

Mediaxeberleri.Az-ın məlumatına görə, dünən gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobil yol kənarındakı hasara çırpılaraq aşıab. Avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub. 

30.01.2026-cı il tarixdə sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntü paylaşılıb. 

Onu da bildirək ki, icra başçısının köməkçisi vəzifəsində çalışan S.Axundov baş verən avtoqəzanı gizlədərək hadisə barədə Rayon İcra Hakimiyyətinə hər hansı bir məlumat verməyib. 

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozan S.Axundov dövlət qulluğunda çalışmağa layiq olmadığını və səhv etdiyini etiraf edərək öz ərizəsinə əsasən 30.01.2026-cı il tarixdə tutduğu vəzifədən azad edilib.

Poliqon.info

Seçilən
68
poliqon.info

1Mənbələr