AZ

Donald Tramp Vladimir Putinlə söhbətinin təfərrüatlarını bölüşüb

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə söhbətinin təfərrüatlarını bölüşüb. Trampın sözlərinə görə, Putinlə söhbətində o, Ukraynadakı münaqişənin həllinin vacibliyini vurğulayıb.

“Mən onun müharibəni dayandırmasını istəyirəm. Mən onunla danışdım. Mən onun müharibəni dayandırmasını istəyirəm.”, – Donald Tramp deyib.
Lakin Vaşinqton administrasiyasının rəhbəri iki liderin nə vaxt danışdığını açıqlamayıb.

Xatırladaq ki, Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov yanvar ayının sonunda Mayamidə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşüb. Dmitriyev sülh yolu ilə həllin irəliləməsinə yönəlmiş görüşün konstruktiv olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
43
editor.az

1Mənbələr