Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunub.
Mehriban Ələkbərzadə açıqlamasında xəbəri təsdiqləyib.
"Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur", - deyə M.Ələkbərzadə bildirib.
Milli.Az