AZ

Ukraynada nikah yaşı 14-ə ENDİRİLİR – Yeni qanun LAYİHƏSİ

Ukraynada nikah yaşı 14-ə endirilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın yerli mediası məlumat yayıb.

Ukraynada qızların 14 yaşından etibarən ailə qurmasına icazə verilməsi təklif edilir.

Ölkənin yeni Mülki Məcəllə layihəsində qeyd olunur ki, əgər qız 14 yaşına çatıbsa, hamilədirsə və ya uşaq dünyaya gətiribsə, o, məhkəmənin qərarı ilə nikaha daxil ola bilər.

Hazırda Ukrayna qanunvericiliyinə görə, nikah bağlamaq üçün minimum yaş həddi 16-dır.

Yeni layihə qəbul edilərsə, müəyyən xüsusi hallarda bu yaş həddinin iki il aşağı salınması mümkün olacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr