AZ

“Görüşün Türkiyədə olmamasında İran faktoru var” - Azər Həsrət

"Artıq bu danışıqlar Türkiyədə deyil, Omanda keçiriləcək. İran isə ənənəvi şəkildə mövqeyini sərgiləyərək bu dəyişiklikdə rol oynayıb. Türkiyənin bölgədə artan nüfuzu həmişə İranı narahat edib. Halbuki Türkiyənin nüfuzu xalqlar arasında sülhün möhkəmlənməsinə töhfə verir və verməyə davam edir. Buna baxmayaraq, İran görüşün Türkiyədə keçirilməsinə qarşı çıxıb və onun Omanda keçirilməsi üçün çalışıb; nəticədə razılıq əldə olunub. Bu hadisə göstərir ki, Türkiyənin sülhsevər siyasəti İran tərəfindən hələ də həzm olunmur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Türkiyə regional diplomatiyada önəmli rol oynayan güclü aktora çevrilməkdə davam edir. Əldə edilən razılaşmaya əsasən, ABŞ və İran arasındakı danışıqlar İstanbulda keçiriləcək ki, bu da Türkiyənin vasitəçilik qabiliyyətinə göstərilən etimadın göstəricisidir. Son illərdə Türkiyə yalnız qonşuluğunda deyil, həm də ona yaxın regionlarda baş verən münaqişələrdə sülh tərəfdarı və vasitəçi mövqeyini təsdiqləyib.

Siyasi şərhçi qeyd edib ki, buna baxmayaraq, Türkiyə davamlı şəkildə irəliləyir və həm bölgədə, həm də qlobal səviyyədə sülh proseslərinə töhfəsini verməyə davam edir.

Seçilən
13
aznews.az

1Mənbələr