Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu gün Ziraat Türkiyə Kuboku A qrupunun üçüncü turunda "Boluspor" "Alanyaspor"la qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk hissə qolsuz başa çatsa da, ikinci hissə başlayan kimi Alaniya komandası təzyiqi artırıb.
47-ci dəqiqədə "Alanyaspor" İanis Haginin qolu ilə hesabı açıb.
Bu qoldan 7 dəqiqə sonra "Boluspor"un oyunçusu Erdem Dikbasan meydandan qovuluvb.
Azlıqda qalan komanda bundan sonra daha 3 qol buraxıb.
Beləliklə, "Alanyaspor" 4-0 hesabı ilə qalib gələrək, A qrupundakı xallarının sayını 7-yə çatdırıb.
"Alanyaspor" martın 2-də A qrupunun son matçında "Qalatasaray"la oynayacaq. 1 xalla sahib olan "Boluspor" isə səfərdə "İstanbulspor"un qonağı olacaq.
Fərid
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.