AZ

Tramp yarım milyardlıq layihəsinin fotolarını təqdim etdi

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında Ağ Ev kompleksində inşa ediləcək 300 milyon dollarlıq (510 milyon AZN) yeni möhtəşəm bal zalının ilk maketini paylaşıb.

Sitat.info xəbər verir ki, neoklassik üslubda dizayn edilən bina uzun ağ fasadı, hündür sütunları və üçbucaq frontonu ilə diqqət çəkir.

Layihənin memarı Şalom Baranesdir. Donald Tramp yeni tikilinin hündürlüyü və miqyasının Ağ Evin əsas binası ilə tam harmoniya təşkil edəcəyini və tarixi memarlıq üslubunu qoruyacağını bildirib.

Məlumata görə, layihəyə rəhbərlik üçün yeni memar təyin edilib, əvvəlki memar Ceyms Makkriri isə məsləhətçi kimi fəaliyyətini davam etdirəcək. Prezident bu layihəni “ölkəyə hədiyyə” adlandıraraq, tikintinin dövlət vəsaiti ilə deyil, şəxsi fondu və xeyriyyə ianələri hesabına maliyyələşəcəyini vurğulayıb.

Xatırladaq ki, bu təşəbbüs Ağ Evin tarixində son onilliklərin ən iddialı memarlıq layihələrindən biri hesab olunur və rəsmi qəbulların keçirilməsi üçün nəzərdə tutulub.

Seçilən
24
3
sitat.info

4Mənbələr