AZ

''Beşiktaş'' tarixində ilk dəfə bu ölkənin futbolçusunu transfer etdi

Çərşənbə axşamı Junior Olaitanı İstanbula gətirən ''Beşiktaş'' növbəti keçidini reallaşdırmaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bu dəfə Hın Qyu Onu Türkiyəyə dəvət edib. 24 yaşlı hücumçunu İstanbulda klub rəsmiləri qarşılayıb. Son detallar razılaşdırıldıqdan sonra və tibbi müayinənin ardından keçid rəsmən açıqlanacaq.

İddialara inansaq, bu transfer ''ağ-qaralar''a 12 milyon avroya başa gələcək. Cənubi Koreyalı vinger ilə 4,5 illik müqavilə imzalanacaq. Peşəkar karyerasına vətənində start verən Hın Qyu O 2023-dən Avropada çıxış edir. 2023/24-ü ''Seltik''də keçirən bu futbolçu 2024-dən bu yana ''Genk''in şərəfini qoruyurdu. Bu mövsüm ''Genk''də 32 oyunda 10 qol, 3 məhsuldar ötürməlik performans sərgiləyib. 187 sm boya malik olan futbolçu Cənubi Koreya yığmasında 24 oyuna 6 qol vurub.

Hın Qyu O həm də ''Beşiktaş''ın ilk cənubi koreyalı futbolçusu kimi tarixə düşüb.

Seçilən
38
football-plus.az

1Mənbələr