AZ

"Azdrama"dan ayrılan Mehriban Ələkbərzadə AzTV-də fəaliyyətə başladı

BAKI, 4 fevral. TELEQRAF

Əməkdar incəsənət xadim Mehriban Ələkbərzadə "Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.

Teleqraf xəbər verir ki, Mehriban Ələkbərzadə bu barədə sosial media hesabında məlumat verib.

"Bu illər ərzində 70 dən artıq film, proqram və tamaşa müəllifiyəm. Uzun illər televiziya fəaliyyətim olub və olacaq. Bu doğma məkanı mənə bu gün daha da doğma edən Rövşən Məmmədova minnətdaram. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun inamlıdəvətinə görə minnətdaram",-deyə o, əlavə edib.

Seçilən
21
teleqraf.com

1Mənbələr