AZ

Marko Rubio: Rusiya-Ukrayna məsələsində real irəliləyiş əldə etmişik

Vaşinqton, 4 fevral, AZƏRTAC

“Çox uzun müddətdən sonra ilk dəfə həm Ukraynadan, həm də Rusiyadan olan texniki hərbi qruplar görüşür”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. O bildirib ki, ABŞ-ın təmsilçiləri Cared Kuşner və Stiv Uitkoff da görüşdə iştirak edir və ABŞ bunun vacib olduğunu düşünür.

“Baxın, danışıqların irəliləyiş olduğunu demək istəmirəm, amma burada iştirak etməyimiz yaxşıdır. Məqsədimiz prosesə sadiq qalmaqdır. Biz buna bir il vaxt ayırmışıq. Hesab edirik ki, real irəliləyiş əldə etmişik. Ukrayna ilə Rusiya arasında sülh sazişinin əldə edilməsi baxımından açıq qalan maddələrin siyahısı həmiyyətli dərəcədə azaldılıb. Lakin qalanlar ən çətin olanlardır. Biz çox yüksək səviyyədə xeyli vaxt və enerji sərf edirik”, - deyə dövlət katibi əlavə edib.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
18
4
azertag.az

6Mənbələr