BAKI, 4 fevral. TELEQRAF
ABŞ Ədliyyə Nazirliyi pedofiliyada ittiham olunduğu bildirilən amerikalı maliyyəçi Ceffri Epşteynin qurbanları haqqında şəxsi məlumatları ehtiva edən bir neçə min materialı ictimaiyyətin istifadəsindən silib.
Teleqraf xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Faylların silinməsi qərarı, zərərçəkmişlərin vəkillərinin tələbindən sonra verilib. Onlar ABŞ Ədliyyə Nazirliyinin veb saytında zərərçəkmişlər haqqında məlumatların açıqlanmasına qarşı çıxıblar.
Qeyd edək ki, "The Wall Street Journal" əvvəllər ABŞ Ədliyyə Nazirliyinin Epsteynin 47 qurbanından 43-nün adını səhvən açıqladığını və agentliyin bu adları sildiyi güman etdiyini bildirmişdi. Sənədlərdə bir neçə qadının tam adı, o cümlədən iyirmidən çox yetkinlik yaşına çatmayan qurbanın adı qeyd olunub.