ABŞ hesab edir ki, XXI əsrdə silahlara nəzarət rejimi Çinin hərbi arsenalı nəzərə alınmadan mümkün deyil.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Marko Rubio mətbuat konfransında açıqlama verib.
O, Moskva ilə Vaşinqton arasında strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılmasına dair Müqavilənin (DSNV) fevralın 5-də qüvvədən düşəcək müddətini şərh edərkən bu mövqeni ifadə edib.
Rubionun sözlərinə görə, müasir geosiyasi reallıqlar yeni silahlara nəzarət mexanizmlərinin formalaşdırılmasını tələb edir və bu prosesdə Çinin potensialı mütləq nəzərə alınmalıdır.
Xədicə BAXIŞLI