AZ

Pakistan BMT qətnamələrinə uyğun olaraq Kəşmir xalqını davamlı şəkildə dəstəkləyir – səfir

Bakı. Trend:

Pakistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraqKəşmir xalqını və onun öz müqəddəratını təyin etmə hüququnu davamlışəkildə dəstəkləyir.

Trend xəbərverir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasim MohiuddinBakıda Kəşmirlə Həmrəylik Günü münasibətilə keçirilən qəbulda çıxışedərkən bildirib.

“Demək olar ki, səkkiz onillikdir ki, kəşmirlilər Hindistanınqanunsuz işğalı qarşısında qeyri-adi dözüm və mətinlik nümayişetdirirlər. Hindistan tərəfindən qanunsuz işğal olunmuş Cammu vəKəşmirdəki vəziyyət beynəlxalq ictimaiyyət üçün hələ də ciddinarahatlıq mənbəyi olaraq qalır”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, beynəlxalq hesabatlar insan hüquqlarınınciddi pozuntularını, o cümlədən özbaşına həbsləri, kollektivcəzalandırmaları, yaşayış evlərinin sökülməsini və rəqəmsalazadlıqların məhdudlaşdırılmasını qeyd etməkdə davam edir.

Səfir, həmçinin 2025-ci ilin may ayında gərginliyineskalasiyasının Kəşmir məsələsinin ədalətli həlli olmadan CənubiAsiyada dayanıqlı sülhün mümkün olmadığını təsdiqlədiyinivurğulayıb. Bu baxımdan o, beynəlxalq ictimaiyyəti narahatlıq ifadəetməklə kifayətlənməməyə, bölgəyə beynəlxalq müşahidəçilərinburaxılması kimi praktiki addımlar atmağa çağırıb.

Sonda Qasim Mohiuddin Cammu və Kəşmir məsələsində Pakistanınmövqeyinə ardıcıl dəstəyə görə Azərbaycan hökumətinə və xalqınatəşəkkürünü bildirib, İslamabadın azad və qərəzsiz plebisitinkeçirilməsinədək Kəşmir xalqını dəstəkləməyə davam edəcəyinivurğulayıb.

Seçilən
52
1
az.trend.az

2Mənbələr