Nizami rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin baş məsləhətçi bildirb ki, ağacların hasara alınmasına başçı icazə verib...
Poliqon bizimesr.az portalına istinadən xəbər verir ki, Nizami rayonu Məhəmməd Şərifli küçəsində ərazi dəmir hasara alınaraq qanunsuz inça işləri aparılıb. İddia olunur ki, tikinit işlərinə yüksək vəzifəli məmur himayədarlıq edir. Lakin həmin obyekti ona yaxın şəxs tərəfindən işlədildildiyi bildirilir. Məsələnin araşdırması ilə bağlı qurumlara sorğu göndərilib. Verilən məlumatalara görə ərazidə həmişə yaşıl ağacların kəsilməsidə iddia olunur. Həmçinin tikinti aparılan ərazidə irigövdəli yaşıl ağac inşa olunmuş obyektin içinə salınıb. Bu isə hüquq-mühafizə orqanlarının araşdırması səlahiyyətindədir.
Dövlət Şəhərsalma və Arxektura Komitəsinə sorğu göndərilib.
Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, 2022-ci ildən Nizami rayonu İcra Hakimiyyətinin başçısı Çoşqun Cəbrayılovdur.
***
Nizami rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin baş məsləhətçi (əhali ilə görüşlərin təşkilatçısı) Cavid Qafarov bildirib ki, sözügedən ərazidə tikilən obyektin tikintisinə rayon icra hakimiyyətinin başçısı Çoşqun Cəbrayılov icazə verib, obyektin sənədləri qaydasındadır. "Bəs ağaclar obyektin içinə niyə salınıb" sualına da aqressiv cavab verən C.Qafarov bunun da qanuni olduğunu bildirib: "Biz icazə vermişik!", deyib.
Poliqon.info