AZ

Qardaşı uşaqlarını baltalayan əmi dəfn olundu

Cəlilabad rayonunun Üçtəpə kəndində qardaşı övladlarını baltalayan Əli Nağıyev bu gün dəfn olunub.

"Unikal" xəbər verir ki, Ə. Nağıyevin nəşi bu gün polis əməkdaşlarının müşayiəti ilə kənd qəbiristanlığına gətirilib. Daha sonra isə torpağa tapşırılıb. 

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Baş verən hadisə ilə bağlı şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılıb. 

Xəlil Əliyev

Seçilən
45
unikal.az

1Mənbələr