AZ

Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Bu ilin 11 fevralından etibarən üzv ölkələrin əldə etdikləri razılaşmaya əsasən Avrasiya İqtisadi İttifaqının (Aİİ) ərazisindən hərəkət edəcək yük qatarlarını, dəmir yolu ilə daşımaları tam izləmək üçün naviqasiya möhür plomblarından istifadə olunacaq.

Reyting.az xəbər verir ki, bəzi mütəxəssislər bunu təşkilatın növbəti dirçəliş cəhdi kimi qiymətləndirirlər.

Məlumata görə, ilkin mərhələdə bu plomblardan (möhürlər) xüsusi iqtisadi tədbirlər tətbiq olunmuş mallara, həmçinin spirtli içkilərə və tütün məhsullarının daşınmasında tətbiq ediləcək.

Aİİ-nın Belarus tərəfdən milli operatoru "Beltamojservice" olacaq və Belarus Dəmir Yolları isə plomblarla daşımaların vaxtında çatdırılmasını təmin edəcək.

Xatırladaq ki, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistanın üzv olduğu bu ittifaq barədə son illər bədbin proqnozlar verilir. Bəzi ekspertlər ehtimal edirlər ki, Rusiyanın siyasi, iqtisadi və hərbi vəziyyəti bu birliyin mövcudluğunu sual altına sala bilər.

Ekspertlərin fikrincə, son illər Qazaxıstanın Çinlə iqtisadi, həmçinin digər sahələrdə də əlaqələrini möhkəmləndirməsi, bu iqtisadi təşkilata üzv olan Ermənistanın qərbyönlü siyasət yürütməsi Rusiyanın təşəbbüsü və liderliyi ilə yaradılmış bu qurumu tamamilə çökdürə bilər.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
reyting.az

1Mənbələr