AZ

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib. Pravda.az “Oxu.Az”a istinadən xəbər verir ki, o, “Azərbaycan Televiziya və radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.

 

“Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur” - deyə, M.Ələkbərzadə bildirib.

 

Xatırladaq ki, qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb. Bundan sonra M. Ələkbərzadə də vəzifəsini itirmişdi.

Tarix: 4 Fevral 2026, 18:28   
Seçilən
43
22
pravda.az

10Mənbələr