AZ

Britaniya kralının qardaşı “Epşteyn işi”nə görə Vindzordakı evini tərkETDİ

Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindsor “Epşteyn işi” ilə bağlı Vindzordakı kral malikanəsində yerləşən evini tərk edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

Kralın qardaşının illərlə yaşadığı evi tərk etməsinin “Epşteyn işi” üzrə araşdırmaların nəticəsi ilə bağlı olduğu bildirilir.

Məlumata görə, o, Şərqi İngiltərədəki Norfolk əyalətindəki Sanderinqem malikanəsindəki kiçik bir kottecə köçüb.

Seçilən
10
4
redaktor.az

5Mənbələr