AZ

Ötən il ölkədən 141,4 milyon dollarlıq etilen polimerləri ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2025-ci ildə ölkədən 141,4 milyon dollar dəyərində 130 min tondan çox ilkin formalarda etilen polimerləri ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 9,3 faiz, həcm baxımından isə 12,7 faiz çoxdur.

Ümumilikdə 2025-ci ildə ölkədən dəyəri 3,26 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 13 faiz üstələyir. Hesabat ilində dəyər ifadəsində etilen polimerləri ixracının xüsusi çəkisi 4,34 faizə bərabər olub.

Seçilən
6
1
vergiler.az

6Mənbələr