AZ

Ukraynalılar hələ də Zelenskiyə etibar edir  -Sorğunun nəticələri

Müharibənin uzanmasına baxmayaraq, ukraynalıların hələ də  böyük əksəriyyəti Prezident Vladimir Zelenskiyə inanır.

Ölkə.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) tərəfindən aparılan sorğuların nəticələrinin açıqlamasında qeyd olunub.
Sorğunun nəticələrinə görə,  ukraynalıların 61%-i Prezident Vladimir Zelenskiyə etibar edir,  33 % isə etimadsızlıq göstərir. 

Sosioloqların fikrincə, respondentlərin 25%-i Zelenskiyə tamamilə, 36%-i isə qismən etibar edir.

Eyni zamanda, prezidentə etibar etməyənlər arasında 17% ona heç etibar etmədiyini, 16% isə ona etibar etmədiklərini bildirib.

KIIS qeyd edib ki, bu sorğunun nəticələri yanvar ayının əvvəlində keçirilən sorğunun nəticələri ilə eyni olub. 

Mürtəza

Seçilən
16
olke.az

1Mənbələr