BAKI, 4 fevral. TELEQRAF
“ABŞ ilə İran arasında planlaşdırılan danışıqların heç bir dəyəri yoxdur, Tehranla danışıqlar vaxt itkisi və faydasızdır”.
Teleqraf xəbər verir ki, bunu İsrailin enerji və infrastruktur naziri Eli Koen deyib.
O hesab edir ki, İran öz öhdəliklərinə əməl etmək niyyətində deyil:
“Gəlin realist olaq; İranla diplomatik razılaşmanın heç bir dəyəri yoxdur. İran heç vaxt heç bir öhdəliyə sadiq qalmayıb və nəyəsə razılaşsa belə, bu, yalnız Tramp hakimiyyətdən gedənədək davam edəcək müvəqqəti atəşkəs olacaq. Bu rejimin devrilməsinə böyük maraq var”.
Koen vurğulayıb ki, mövcud şəraitdə ən pis ssenari İranda hakimiyyət dəyişikliyinə səbəb olmayacaq hücumun həyata keçirilməsidir:
“Bu məqsədə çatmaq üçün hərbi zərbədən əlavə, başqa amillərə də ehtiyac var, indi bu barədə danışmaq istəmirəm”.
İsrail naziri ABŞ Prezidenti Donald Trampa müraciətində bildirib:
“Trampın biznesmen olması və son nəticəyə önəm verməsi onun xeyrinədir, buna görə də o, məqsədə çatmaq üçün vaxt qazanır. ABŞ-yə mesajımız aydındır: İranla danışıqlar vaxt itkisidir”.