AZ

Qəddafinin oğlunun son mesajı bu oldu

Sosial mediada Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin səs yazıları yayılıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, səs yazıları Seyf əl-İslamınqardaşı oğlu Əhməd tərəfindən paylaşılıb. Sözügedən səs yazısında Seyf əl-İslam 2011-ci ildə baş verən “Ərəb baharı” hadisələrindən sonra ölkə daxilində aparılan siyasəti tənqid edir.

“Minlərlə qurban, 500 milyard dollar itki, bütün bu dağıntılar, yetimlər və dullar olmamışdan əvvəl biz xəbərdarlıq etməmişdikmi?”, - deyə o söyləyib.

Seyf əl-İslam həmçinin qeyd edib ki, Liviyanı liviyalıların özləri yox, başqa dövlətlərin səfirləri və onların təyin etdikləri şəxslər idarə edir.

Seçilən
59
publika.az

1Mənbələr