AZ

Ət qiymətləri nə üçün bahalaşır?

Son illər ölkədə ətin satış qiymətlərində davamlı artım müşahidə olunur. 

Bu bahalaşma istehlakçıların gündəlik xərclərinə birbaşa təsir etməklə yanaşı, ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları da artırır. Mütəxəssislər qiymət artımının əsas səbəblərindən biri kimi daxili heyvandarlıq sektorunun yetərincə inkişaf etməməsini göstərirlər. Yerli istehsalın tələbatı tam ödəməməsi isə bazarda idxaldan asılılığı gücləndirərək qiymətlərin yüksəlməsinə zəmin yaradır.

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, ölkədə iribuynuzlu mal-qara və qoyun-keçi sayının sürətlə azalması ətin qiymətinə təsir edir:

 391225

"Üstəlik, ölkədə örüş yerləri də kifayət qədər azalıb. Heyvanların sayının azalmasının səbəblərindən biri isə Azərbaycanda yem bazasının daralmasıdır. Faktiki olaraq, yem bazası da azalıb. Yemin bahalaşması isə ətin qiymətinin artmasına gətirib çıxarır. Eyni zamanda, inflyasiyanın yüksəlməsi də ət bazarına təsirsiz ötüşmür".

Günel

Seçilən
3
hit.az

1Mənbələr