AZ

Dərədə kişi meyiti tapıldı

Göygöl rayonunun Molla Cəlilli kəndi ərazisindəki dərədə meyit aşkar edilib.

"Yeni Sabah" xəbər verir ki, polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib.

Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olduğu müəyyən edilib. Onun bədəni üzərində kəsilmiş, deşilmiş yaralar var.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Seçilən
89
yenisabah.az

1Mənbələr