AZ

Vensin Azərbaycana səfəri təxirə salınır? İrandan təhlükə

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistan, oradan isə Azərbaycana səfər edəcək.

Vensin İrəvanda və Bakıda olarkən Azərbaycan-Ermənistan sülh prosesinə dair müzakirələr aparacaq. Bundan başqa, vitse-prezidentin Ermənistan rəhbərliyi ilə “TRIPP layihəsi”nin icrası, dinc məqsədlə nüvə sahəsində əməkdaşlıq, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı müqavilələr imzalayacağı gözlənilir. 

ABŞ-nin vitse-prezidentinin səfər proqramına Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair danışıqların aparılması və sazişlərin imzalanması daxildir. Lakin C.D.Vensin səfəri müvəqqəti olaraq təxriə də salına bilər. ABŞ-İran münasibətlərinin gərginləşməsi Vensin regiona səfərinə maneə yarada bilər. 

Fevralın 9-a qədər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, C.D.Vens təhlükəsilik məqsədilə Cənubi Qafqaza gəlməsi üçün əlavə risqlər yaranır. Bu halda ABŞ-nin vitse-prezidentinin İrəvana və Bakıya səfərinin vaxtı dəyişdirilməli olacaq. 

Politoloq Züriyyə Qarayeva “Cebheoinfo.az”-a açıqlamasında bildirib ki, ABŞ İrana zərbələr endirəcəyi təqdirdə, Vensin səfərinin baş tuması ehtimalı çox azdır.   

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistanla başlayaraq bütövlükdə regionu əhatə edən səfəri hazırkı təhlükəsizlik fonunda ciddi suallar yaradır. İran ətrafında hərbi eskalasiya ehtimalının artması regionu təkcə diplomatik deyil, operativ təhlükəsizlik baxımından da risk zonasına çevirir. 

Belə vəziyyətlərdə ABŞ administrasiyası yüksək səviyyəli səfərləri siyasi simvol kimi deyil, potensial risk obyektləri kimi qiymətləndirir. Xüsusilə, regional hava məkanlarının bağlanması, proksi qüvvələrin aktivləşməsi və gözlənilməz cavab ssenariləri fonunda səfərin ilkin mərhələdə planlaşdırıldığı kimi icra olunması çətinləşir.

Birbaşa cavab budur ki, təhlükəsizlik təhdidləri real fazaya keçərsə, bu səfərin baş tutması ehtimalı zəifləyir. Ya səfər tam təxirə salınacaq, ya da siyasi jest effekti qorunmaqla formatı dəyişdiriləcək və daha aşağı profilli görüşlərlə əvəzlənəcək. 

ABŞ belə məqamlarda riskləri minimuma endirməyə üstünlük verir və regiona mesaj vermək üçün alternativ diplomatik kanalları seçir. Bu baxımdan, İranla bağlı mümkün hərbi ssenari gündəmdə qaldıqca, Vensinin region səfəri təhlükəsizlik baxımından asılı dəyişən olaraq qalır”.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Açar sözlər:

Vens Züriyyə Qarayeva

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
2
cebheinfo.az

3Mənbələr