Kanadada hindistanlı kuryerin çatdırılma anı gündəm olub.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kanadanın Ontario əyalətinin Nort-Bey şəhərində hindistanlı kuryerin bağlama çatdırarkən yaşadığı maraqlı anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə yanvarın 22-də qeydə alınıb.
Məlumata görə, qarlı hava şəraitində işini yerinə yetirməyə çalışan kuryerin videosu “Hindistanlı qardaş çatdırır” başlığı ilə viral olub.
Sevindirici haldır ki, hadisə zamanı heç kim xəsarət almayıb.
Kuryerin peşəkar davranışı və çətin hava şəraitindəki fəaliyyəti izləyicilər tərəfindən maraqla qarşılanıb.
Xuraman Etibarlı
İnterpress.az