AZ

“Qurtuluş”da gizli kabus: Müalicə yox, işgəncə? – ŞOK FOTOLAR

“Qurtuluş Reabilitasiya Mərkəzi”ndə narkotik asılılıqdan əziyyət çəkən şəxsə qarşı işgəncə verilməsi faktını əks etdirən fotolar əldə edilib.

NOCOMMENT.az xəbər verir ki, fotolardan görünür ki, müalicə adı altında Reabilitasiya Mərkəzində saxlanılan şəxsin əlləri və ayaqları skoçla bağlanıb. Bildirilir ki, hadisə Sumqayıt şəhərində yerləşən “Qurtuluş Reabilitasiya Mərkəzi”nin 1-ci korpusunda baş verib.

Qeyd olunur ki, sözügedən mərkəzdə baş verən müəmmalı hadisələr, mərkəzin rəhbəri Ceyhun Salmanovun fəaliyyəti ilə bağlı şübhəli məqamlar və burada ciddi yoxlamaya ehtiyac olduğu ilk dəfə 13 sentyabr 2025-ci ildə Ajans.az xəbər portalının baş redaktoru Tural Müseyibov tərəfindən gündəmə gətirilib. Həmin vaxtdan etibarən məsələ ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına çağırışlar edildiyi vurğulanır.

Məlumata görə, hazırda faktla bağlı araşdırmalar davam edir və yaxın vaxtlarda daha tükürpədici detalların ictimaiyyətə təqdim ediləcəyi bildirilir.

Seçilən
41
nocomment.az

1Mənbələr