AZ

Texnologiya dövrə görə inkişaf etdikcə, hərbi sənaye kompleksləri də bu inkişafla ayaqlaşmağa çalışır

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son illərdə dünyada geosiyasi gərginliklərin artması fonunda silahlanma prosesi nəzərə çarpacaq dərəcədə sürətlənib. Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar və Asiya-Sakit okean regionunda güc balansı uğrunda rəqabət dövlətləri hərbi büdcələrini artırmağa vadar edir. Bir çox ölkələr müdafiə xərclərini yüksəldərək yeni nəsil silah sistemlərinə, xüsusilə raket və hava hücumundan müdafiə, həmçinin pilotsuz uçuş aparatlarına yatırım edirlər. NATO ölkələri kollektiv təhlükəsizlik məqsədilə hərbi potensiallarını gücləndirir, Çin isə ordusunun modernləşdirilməsini sürətləndirir. İndiki silahlanma prosesi "soyuq müharibə" dövrü ilə müqayisədə daha təhlükəli hesab oluna bilər. Çünki beynəlxalq sistem indi daha parçalanmış və nəzarətsizdir.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "soyuq müharibə" - İkinci dünya müharibəsindən sonra demək olar ki, istifadə edilən bir ifadədir: “Silahlanma və "soyuq müharibə", prinsip cəhətdən sinonim kimi də qəbul oluna bilər. Çünki soyuq müharibədə, məhz silahlanmanın sürətlə inkişafı, hərbi-sənaye komplekslərinin göbələk kimi çoxalması və silah bazarında silah tələbatındakı artım, məhz hərbi sənaye komplekslərinin inkişafına səbəb olub. Soyuq müharibədə geosiyasi arenada hər hansı bir ölkənin məqsədləri, hədəfləri əldə etmək üçün siyasi addımlardan istifadə olunur. Soyuq müharibə dövlətlərin arasında olan soyuqluğun göstəricisidir. Məsələn; hansısa beynəlxalq səviyyədə müəyyən qurumlarda, BMT və digər hansısa qurumlarda təkliflər və yaxud qərarlar səsə qoyulanda orada həmişə buna razı olan tərəf, razı olmayan tərəf olurdu. Prinsip cəhətdən razı olan və razı olmayan tərəf bu fazanı daha çox qoyduğu təklifə yox, daha çox o qərarın marağında olan ölkələrə olan soyuq münasibət kimi qiymətləndirilə bilər”.

Şair Ramaldanov

Hərbi ekspert qeyd edib ki, soyuq müharibə silahlanmaq üçün bir səbəbdir, sadəcə silahlanan tərəf silahları tətbiq etmir, o silahlar anbarlara yığılır: “Silahlanma daimi bir prosesdir. Çünki elm, cəmiyyət inkişaf edir. Təbii ki, elmin inkişafı bütün sahələrə təsir etdiyi kimi, hərbi sənaye komplekslərinin istehsal etdiyi silahlara da təsir edir. Yeni növ silahlar istehsal edilir. Maliyyə və digər imkanlarına görə hər dövlət bunu xüsusi imkanlar çərçivəsində həll edir”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
bizimyol.info

1Mənbələr