AZ

Mask bəşər tarixində ilkə imza atdı: Onun sərvəti...

“Tesla”, “SpaceX” və “Starlink” şirkətlərinin sahibi İlon Maskın sərvəti astronomik məbləği, 800 milyard dolları keçib.

Publika.az xəbər verir ki, məlumatı yayan "Forbes" jurnalına görə, bəşər tarixində heç kim bu qədər sərvət toplaya bilməyib.

"İlon Mask tarixdə sərvəti 800 milyard dolları keçən ilk şəxs olub", - deyə məlumatda qeyd olunub.

Qeyd edilib ki, Maskın sərvəti onun raket və kosmik şirkəti "SpaceX"in süni intellekt məhsulları istehsal edən və sosial şəbəkələri idarə edən "xAI" şirkətini əldə etməsindən sonra rekord həddə çatıb.

Xatırladaq ki, birləşdirilmiş şirkətin yaradılması ilə bağlı müqavilənin dəyəri 1,25 trilyon dollar olub və bu, Maskın sərvətini dərhal rekord həddə - 852 milyard dollara çatdırmağa şərait yaradıb.

Seçilən
6
25
publika.az

10Mənbələr