AZ

ITF baş katibi: Azərbaycan Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət verir

Bakı, 4 fevral, AZƏRTAC

Hazırda Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrliyi Azərbaycan həyata keçirir və sədr ölkə Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət verir. Region ölkələri və maraqlı tərəflərlə aparılan müzakirələr bu marşrutun həm regional, həm də qlobal təchizat zəncirlərində mübadiləni asanlaşdıracağını və nəqliyyat sisteminin ümumi dayanıqlığını artıracağını göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Nəqliyyat Forumunun (ITF) baş katibi Yanq Ta Kim bildirib.

Onun sözlərinə görə, davamlılıq, dayanıqlıq və rəqəmsallaşma kimi amillər daha çox ön plandadır.

“Yeni nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı müxtəlif ideyalar və müzakirələr aparılır. Ənənəvi olaraq yükdaşımalarında əsasən dəniz marşrutlarına üstünlük verilib”, - deyə Yanq Ta Kim əlavə edib.

Seçilən
20
2
azertag.az

3Mənbələr